Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Türkiyənin İsparta şəhərinin Yalvaç rayonunda ağır avtobus qəzası baş verib.
Teleqraf.com milliyet.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Rəsmilər qəzada yaralananların vəziyyətlərinin ağır olması səbəbilə ölü sayının artacağını istisna etməyiblər.
Araşdırmalar nəticəsində məlum olub ki, hadisə 45 fəhləni aparan avtobusun sürücüsünün döngəli yolda idarətetməni itirməsi nəticəsində baş verib.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara aparılıb.
Samir