27 Noyabr 2021 11:59
3 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda oktyabrda keçirilən ümumi seçkilərin nəticələrinə etiraz edən İranyönlü şiə qrupların tərəfdarları İraqın Müstəqil Ali Seçki Komissarlığının seçkilərin yekun nəticələrinin gələn həftə ərzində açıqlanacağını bəyan etməsindən sonra küçələrə axışıblar.

Teleqraf.com xəbər verir ki, Şiə Fəth Koalisiyasının və Həşdi Şabi rəhbəri Hadi əl-Amirinin çağırışı ilə toplanan izdihamlı qrup paytaxt Bağdadda dövlət idarələrinin və xarici nümayəndəliklərin yerləşdiyi Yaşıl Bölgəyə basqın etməyə cəhd götərib.

Təhlükəsizlik qüvvələri Yaşıl Zonası istiqamətindəki Respublika körpüsünə qurulan beton barrikadaları aşaraq əraziyə daxil olmaq istəyənlərin qarşısını alıb.

ABŞ bayraqlarını və Vaşinqtonun İraqdakı xüsusi nümayəndəsi Cenni Hennisin fotolarını yandıraraq şüarlar səsləndirən qrup baş nazir Mustafa Əl-Kaziminin plakatlarını tapdayıblar.

İraqda keçirilən seçkilərin ilk nəticələrinə görə, Şiə Sədr Qrupu 72 mandatla birinci, Sünni Təkaddum Koalisiyası 38 mandatla ikinci, Şiə Hüquq Dövləti 36 mandatla üçüncü yerdə qərarlaşıb. 2018-ci il seçkilərində 48 mandatla ikinci yerdə olan İranyönlü Fəth Koalisiyası son seçkilərdə cəmi 17 yer qazanıb.


Müəllif: Nemət

Oxşar xəbərlər