2 Dekabr 2014 20:06
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna baş naziri müavini postundan imtina edib.

Teleqraf.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Saakaşvili buna əsas səbəb kimi Gürcüstan vətəndaşlığını itirmək istəməməsini göstərib.

Ukrayna KİV-lərində yayılan məlumata görə, bu günə qədər Saakaşviliyə baş nazirinin müavini vəzifəsi ilə yanaşı, Antikorrupsiya bürosunun rəhbəri vəzifəsi də təklif olunub. Ukrayna qanunlarında Saakaşvilinin bu vəzifələrə təyin olunması üçün mütləq Ukrayna vətəndaşlığını alması lazımdır. Bu isə Gürcüstan vətəndaşlığının avtomatik itirilməsinə deməkdir. Bu səbəbdən Saakaşvili vəzifələrdən imtina edib.

Sabiq dövlət başçısı qeyd edib ki, onun üçün indi Gürcüstanın maraqları hər şeydən üstündür.

Samir


Müəllif:

Oxşar xəbərlər