Rusiya anbarlarından sursat və digər material ehtiyatlarını Belarusdan ixrac edir. Moskvanın bu cür hərəkətləri Ukraynaya şimaldan təkrar hücuma şərait yaratmaq ideyası ilə bir araya sığmır.
Teleqraf.com xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnstitutu (ISW) gəlib.
Analitiklər Baş Kəşfiyyat İdarəsinin məlumatlarına istinadən bildirirlər ki, Belarusun 43-cü Raket Anbarları Arsenalından və Qomeldəki BC-dən 492 ton döyüş sursatı olan eşelon bu yaxınlarda Krımdakı Kirovskaya stansiyasına aparılıb.
Eyni zamanda, GUR qeyd edib ki, Belarus rəsmiləri ölkənin beş müxtəlif bazasından Rostov vilayətinə silah, texnika, döyüş sursatı və digər naməlum materiallarla əlavə 13 eşelon göndərməyi planlaşdırır.
“Belarus texnikasının hərəkəti göstərir ki, Rusiya və Belarus qoşunları Belarusda yığılma zonaları yaratmır. Texnika və təchizatların Krıma və Rostov vilayətinə daşınması göstərir ki, Rusiya Federasiyası qüvvələrinin yerin təhlükəsizliyinə inamı azdır. Kommunikasiya xətləri Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu nəzərə alaraq, şimal və qərb Luqansk vilayətindən keçir” - ISW vurğulayıb.
Analitiklər xatırladıblar ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının oktyabrın 11-nə olan təsdiqinə görə, Belarusda hücum qruplarının yaradılmasına dair heç bir əlamət yoxdur.
Buna baxmayaraq, Belarus müharibənin ortağı olaraq qalır. Minsk Rusiyanın hücum hərəkətlərini maddi cəhətdən dəstəkləyir və ruslara yüksək dəqiqlikli döyüş sursatları ilə Ukraynaya hücum edə biləcəkləri aerodromlarla təmin edir.