Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı ölkədə qadınlarının qeyri hökumət təşkilatlarında işləməsini qadağan edib.
Teleqraf.com xəbər verir ki, qadağa sənədi “Taliban”ın iqtisadiyyat naziri Karidin Məhəmməd Hənifə tərəfindən imzalanıb.
Bildirilir ki, qadağaya məhəl qoymayan QHT-lərin lisenziyaları ləğv ediləcək.
Səbəb kimi qadın QHT əməkdaşlarının “Taliban” hökumətinin hicaba dair tələblərinə riayət etməməsi, həmçinin orada çalışan qadınlar haqqında çoxsaylı şikayətlərin daxil olması göstərilib.