Avropa Komissiyası Başçısı Jean-Claude Juncker gələcək həftələrdə terrorla mübarizədə yeni təkliflər təqdim edəcəklərini söyləyib.
Komissiya sözçülərindənlərindən Natasha Bartoud Avropa Parlamentinin gündəmində olan hava yolu məlumatlarının yazılması və paylaşılmasına istiqamətli tənzimləmənin təsdiqlənməsi üçün səy göstərəcəklərini bildirib.
Bartoud AB polis təşkilatı “Europol”un son təxminlərinə görə, Suriya və İraqda terror təşkilatı IŞİD sıralarında 10-12 min xarici döyüşçü olduğunu və bunlardan təxminən 2500 nəfərin Avropadan getdiyini söyləyib.
Teleqraf.com-un məlumatına görə, terrorla mübarizə mövzusu 19 yanvarda Brüsseldə toplanacaq AB xarici işlər nazirlərinin də gündəmində olacaq.
Nail Cəlil