14 Yanvar 2015 17:25
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gümrüdə bir ailənin altı üzvünün qətlində şübhəli bilinən Valeri Permjakovun erməni tərəfinə verilməsi ilə bağlı Ermənistanda aksiyalar genişlənir.

Teleqraf.com Ermənistan mediasına istinadən xəbər verir ki, etirazda iştirak etmək üçün yüzlərlə vətəndaşın İrəvandan Gümrüyə axını davam edir. Aksiyalar əsasən Rusiyanın Gümrüdəki başkonsulluq binası önündə təşkil edilir.

Qeyd edək ki, yanvarın 12-də baş verən hadisə zamanı Avetisyan ailəsinin öldürülən 6 üzvü sabah dəfn olunacaq. Rusiyanın 102-ci hərbi bazasının əsgəri Permjakov isə artıq hərbi düşərgəyə təhvil verilib.

Samir


Müəllif:

Oxşar xəbərlər