11 Noyabr 2023 12:37
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mustafa Kamal Atatürkün ölümü şübhəlidir, araşdırılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Hülki Cevizoğlu deyib.

Siyasətçi Türkiyənin ümummilli liderinə qarşı sui-qəsd ehtimalına diqqət çəkib:

“Faktlardan danışmaq bizim üçün faydalıdır. Bu gün Atatürkün ölümü ilə bağlı həqiqəti söyləmək lazımdır. Formalizmdən çıxa bilmədiyimiz üçün faktları gözardı edirik. Atatürkün ölümü şübhəli idi. Atatürkün necə öldüyü illərdir araşdırılmır.

Atatürkə yanlış münasibət göstərdilər. Türkiyədə bu problemlər bitmir. Atatürk yanlış müalicənin fərqindəydi. Davamlı Afət İnana məktublar göndərirdi. Xəstə yatağından İnana yazırdı ki, “yanlış müalicə olunduğuma görə xəstəliyim dayanmır, irəliləyir”.

O zaman Atatürk mühasirəyə alınmışdı. Təyin edilən bütün dərmanlar yazılıb. Həkimlərini də araşdırmışam, dünyanın ən yaxşı həkimləri idilər. Bu gün FETÖ hadisələrini, kəşfiyyat xidmətlərinin necə sızdığını gördük. Belə uğurlu həkimlərin səhv müalicə etmələri ağlasığmazdır. İnana yazdığı məktubunda ondan soruşmadan həkim gətirdiklərini bildirir”.

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da vəfat edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər