29 Mart 09:48
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS tərəfindən girov götürülənlərin ailələri ilə görüşündə deyib.

“Hər keçən günün cəhənnəm olduğunu bilirəm. Oğullarınız bizim qəhrəmanlarımızdır. İsrailin qəhrəmanları...”, - baş nazir vurğulayıb.

Netanyahu İsrailin Rəfaha girməyə hazırlaşdığını söyləyərək girovların azad edilməsinin yalnız hərbi təzyiqlə təmin olunacağını qeyd edib.

Baş nazir İsrailin heç kimi unutmayacağını da deyib.

Netanyahu bundan əvvəl söyləmişdi ki, İsrail ABŞ-nin dəstəyi olmadan Rəfaha hücum edə bilər.

İsrail ordusu artıq Qəzzanın şimalına nəzarəti ələ keçirib. Rəfah şəhəri də ələ keçirilsə, zolağa tam nəzarət bərqərar olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu