25 May 01:32
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasında helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunmuş plenar iclas keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Assambleya prezidentinin sözçüsü Monika Qreyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, plenar iclas mayın 30-u səhər saat 10:00-da üzv dövlətlərin iştirakı ilə keçiriləcək:

“BMT Baş Assambleyasının praktikasına görə, ölümü zamanı dövlət başçısı olan liderin xatirəsinə ehtiram göstərmək üçün xüsusi plenar iclas keçirilir. Bu iclas BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensisin rəhbərliyi ilə baş tutacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər