3 İyul 17:44
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiya Şurası və Dövlət Duması ölkənin ATƏT Parlament Assambleyasında iştirakı və fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, Federasiya Şurasının sədri Valentina Matvienko bu qurumun beynəlxalq komitəsinə Rusiyanın təşkilatda iştirakını dayandırması barədə dərhal ATƏT PA-ya məlumat verməyi tapşırıb.

Sənəddə qeyd olunub ki, Rusiya nümayəndə heyəti dəfələrlə ATƏT PA-da müzakirə aparmaq imkanından məhrum edilib. Rusiyalı senatorlar və Dövlət Dumasının deputatları əmindirlər ki, ATƏT PA-nın tədbirlərində iştirakla bağlı məhdudiyyətlər qəbuledilməzdir.


Müəllif: Mənsur Rəğbətoğlu