4 İyul 08:25
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs əldə etməyə daha yaxın ola bilər. Bu barədə CNN israilli mənbəsinə istinadən məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Telekanalın məlumatına görə, tərəflər yaxın vaxtlarda ətraflı danışıqlara başlaya bilərlər.

Mənbənin qeyd etdiyinə görə İsrail hökuməti hesab edir ki, HƏMAS-ın son cavabı tərəflərə razılığa gəlmək üçün ətraflı danışıqlara başlamağa imkan verəcək. Bununla yanaşı CNN razılığın taleyinin hələ həll olunmadığını vurğulayır.

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahunun ofisi və İsrail kəşfiyyatı Mossad birgə bəyanat yayaraq, İsrail tərəfinin vasitəçilər vasitəsilə HƏMAS nümayəndələrindən girov müqaviləsi ilə bağlı cavab aldıqlarını açıqlamışdılar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər