6 İyul 19:24
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Komissiyadan Teleqraf.com-a bildirilib ki, əvvəlcə MSK-nın 29 iyun və 2 iyul 2024-cü il tarixli iclas protokolları təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, “Ana Vətən” Partiyası, Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınması qərara alınıb.

İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, həmçinin cari məsələlərə baxılıb.

MSK-nın iclası media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər