Azərbaycanın hər bir uğuru Ermənistan üçün problemlər yaradır və hər gün durum daha da çətinləşir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.
“Azərbaycan və Çin tezliklə strateji tərəfdaşa çevriləcək, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləyəcək, bu, BRİKS-ə aparan platformadır. Ermənistan bütün imkan pəncərələrini açıq qoyur, Azərbaycan isə imkanlardan məharətlə yararlanaraq, iqtisadi-siyasi mənada güclənən qlobal Cənubun bir hissəsi olmasa da, müttəfiqi olmağa can atır. Azərbaycanın hər bir uğuru Ermənistan üçün problemlər yaradır və durum hər gün daha da çətinləşir”, - ekspert bildirib.