Azərbaycan Dövlət Yuğ Teatrında rumın yazıçısı və dramaturqu Matey Vişnekin pyesi əsasında səhnələşdirilmiş P.A.N.D.A. tamaşasının premyerası olub.
Teleqraf.com xəbər verir ki, quruluşçu rejissor qismində teatrın baş rejissoru Mikayıl Mikayılov çıxış edib.
Tamaşanın premyerasına mədəniyyət və incəsənət xadimləri, teatr sevərlər və paytaxtın qonaqları toplaşıblar. Rolları Günəş Tegin və Oqtay Mehdiyev ifa ediblər.
İki nəfərlik tamaşada aktyor və aktrisa obrazları məharətlə oynayaraq xüsusi tamaşaçı diqqəti çəkməyi bacarıb.
Tamaşanın quruluşçu rəssamı Humay Həsənovadır.
Matey Vişnekin əsrarəngiz, romantik və eyni zamanda mistik pyesində hadisələr çətin qanunlar əsasında inkişaf edir və mətndə olduğu kimi, tamaşa da bir çox mənalarla doludur.
P.A.N.D.A. tamaşasının nümayişi teatrın yeni mövsümündə - 2024-cü ilin sentyabr ayından etibarən davam edəcək.