Braziliya "Meta" şirkətinə süni intellekt sistemlərini inkişaf etdirmək üçün ölkə vətəndaşlarının "Instagram" və "Facebook" hesablarından istifadə etməyi qadağan edib.
Teleqraf.com "BBC"yə istinadən xəbər verir ki, bu barədə qadağanı Braziliyanın Milli Məlumatların Mühafizəsi Agentliyi qoyub.
Agentlik ölkədə 102 milyon "Facebook" və 113 milyon "Instagram" istifadəçisi olan Meta-ya süni intellekt sistemlərini inkişaf etdirmək üçün Braziliya vətəndaşlarının "İnstaqram" və "Facebook" yazılarından istifadə etməyi qadağan edib.
Qərar Meta-nın Böyük Britaniya və Avropa Birliyindəki istifadəçilərin yazılarından eyni məqsədlə istifadə etməyi dayandırdıqdan sonra verilib.
Agentlik qərarın ardından "Meta" şirkətinə 5 gün vaxt verib. Şirkətin bu qərara əməl etmədiyi təqdirdə gündə 50 min Braziliya realı (təxminən 9 min dollar) cərimə ediləcək.