Moldova Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlara 2025-ci ilin ilk aylarında başlayacaq.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Moldovanın baş nazirinin Avropaya inteqrasiyası üzrə müavini Kristina Gerasimova bildirib.
O, Moldova qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunluğunun yoxlanılması ilə bağlı hesabatın 2025-ci ilin yanvarında Aİ Şurasına təqdim ediləcəyini etiraf edib.
“Bundan sonra yekun qərar veriləcək. Və ümid edirik ki, gələn ilin ilk aylarında real danışıqlara başlanılacaq”, - deyə o vurğulayıb.