6 Sentyabr 12:58
4 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin Milli Təhlükəsizlik Şurası Türkiyənin BRİKS-ə üzvlük müraciətinə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada bunun Türkiyənin öz seçimi olduğu bildirilib.

“ABŞ hesab edir ki, bütün ölkələr əlaqələr qurduqları ölkələri və qrupları özləri seçirlər”, - Ağ Ev bəyan edib.

BRİKS-ə göndərilən rəsmi müraciətlə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də danışıb, o, Türkiyənin Vaşinqton üçün mühüm müttəfiq olaraq qaldığını söyləyib.

ABŞ-ın “Blumberq” agentliyi Türkiyənin üzvlük üçün BRİKS-ə bir neçə ay əvvəl müraciət etdiyini yazır. BRİKS-in dönəm sədri, Rusiyanın vitse-prezidenti Yuri Uşakov bundan öncə Türkiyənin üzvlük üçün müraciət etdiyini və bunun nəzərdən keçirildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər