6 Sentyabr 12:35
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasında iştirak etmək üçün ABŞ-a məxsus Ramşteyn aviabazasına gedib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.

“Mən qrupun iclasında iştirak edəcəyəm, ABŞ və Almaniyanın müdafiə nazirləri Lloyd Ostin və Boris Pistorius ilə görüşəcəyəm. Almaniya Kansleri Olaf Şoltsla ayrıca danışıqlar aparacağam", - paylaşımda qeyd edilib.

Zelenski qeyd edib ki, bundan sonra İtaliyaya səfər edəcək: "Ambrosetti" beynəlxalq iqtisadi forumunda iştirak, İtaliya biznesinin nümayəndələri ilə görüşlər, İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə danışıqlar planlaşdırılır. Biz bütün G7 müttəfiqləri ilə mövqeləri razılaşdıracağıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər