6 Sentyabr 19:11
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnklüziv beynəlxalq maliyyə sisteminin yaradılması üçün lazım olan bəzi alətlər oktyabrda Kazanda keçiriləcək BRICS sammitində təqdim oluna bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Assosiasiyanın İşgüzar Şurasının maliyyə xidmətləri üzrə işçi qrupunun rəhbəri Andrey Mixaylışin məlumat verib.

O bildirib ki, hazırda ümumi hesab vahidi (Unit), BRİKS ölkələrinin rəqəmsal valyutalarında beynəlxalq ödənişlər üçün platforma (Bridge), ödəniş sistemi (Pay), hesablaşma depozitarisi (Clear) və sığorta sistemi (Insurance) layihələri üzərində iş gedir. Ekspertin sözlərinə görə, payızda təqdim olunacaq yeni maliyyə sisteminin əsas prinsipləri beynəlxalq qarşılıqlı əlaqənin mərkəzsizləşdirilməsi və rəqəmsal texnologiyalardan istifadə olunmasıdır.

Andrey Mixaylışin aydınlaşdırır ki, vahidin dəyərinin 40 faizinin qızılın qiymətinə, qalan 60 faizinin isə BRICS ölkələrinin milli valyutaları səbətinə bağlanması planlaşdırılır.



Müəllif: Arzu

Oxşar xəbərlər