6 Sentyabr 22:06
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Təl-Əviv çimərliklərindən birində hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 27 yaşlı qadın ailəsi ilə birlikdə çimərlikdə olan nazirə yaxınlaşaraq ona qum atıb.

Hadisədən sonra şübhəli şəxs dənizdə gizlənməyə çalışsa da, polis onu saxlayıb.

Qadını Təl-Əvivin mərkəzindəki bölməyə aparan polis əməkdaşları məsuliyyətə cəlb etmək niyyətindədir.

Ben-Qvir fələstinlilərlə bağlı sərt açıqlamaları ilə tanınır və İsrailin Qəzza zolağında hərbi əməliyyatların məhdudlaşdırılmasının qəti əleyhinədir. Bundan əlavə, anklavda hərbi əməliyyatların sonadək aparılmasını tələb edən nazir dəfələrlə hökumətdən istefa vermək və hakim koalisiyanı dağıtmaqla hədələyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər