Prezident İlham Əliyevin tapşırığı ilə zəruri avadanlıqla təchiz olunmuş FHN-ə məxsus təyyarə ilə yaralılardan 7 nəfəri ölkəmizə gətirildi və daha 7 nəfər isə AZAL-ın təyyarəsi ilə hava limanına eniş edəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev deyib.
O bildirib ki, Bakıya gətirilən yaralılar paytaxtın müxtəlif xəstəxanalarında müalicə alacaqlar:
Nazir müavininin sözlərinə görə, həlak olan dörd nəfərin nəşi Bakıya AZAL-a məxsus təyyarə ilə gətiriləcək.
"Qəza baş verən andan bizə yardım edən Qazaxıstan Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə təşəkkür edirik".