26 Dekabr 23:15
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Mənim oğlum qəhrəmandır” layihəsində daim yanımızda olan əfsanəvi generalımız Polad Həşimovun anası Səmayə ana Naxçıvanın qəhrəman şəhid oğullarının valideynlərinin qonağı oldu.

Teleqraf.com xəbər verir ki, onlar müqəddəs “Əshabi-Kəhf” ziyarətgahına birlikdə getdilər, həm Vətən uğrunda canını fəda etmiş şəhid qardaşlarımız üçün, həm də dünən dəhşətli təyyarə qəzasında həlak olan insanlar üçün dualar etdilər. Ziyarətgahda dualar edərkən, faciəvi qəzada sona kimi mərdliklə dik duran, ölümə getdiyini bilsə də yanındakı insanları sakitləşdirməyə çalışan qəhrəman qızımız Hökumə Əliyevanı da yad edən analar, onun ruhuna dualar oxudular.

Görüşdə iştirak edən dəyərli sənətkarımız, Xalq artismiz Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qızı Əməkdar artist Fərqanə Qasımova da iştirak edirdi. Anaların sözlərindən, dualarından təsirlənən Fərqanə xanım da öz əvəzsiz ifasıyla qəhrəmanlarımızı yad etdi. Allah Vətənimizin bütövlüyü uğrunda şəhid olan qardaşlarımıza, dünən həyatını itirən insanlara, mərd Azərbaycan qızımız Hökümə Əliyevaya rəhmət eləsin! Nur içində yatın, Siz daim qəlbimizdəsiniz!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər