26 Dekabr 13:10
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, təyyarə qəzasında ölənlərin meyitləri tanınmaz haldadır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı bildirib.

Onun sözlərinə görə, şəxsiyyəti müəyyən edilənlərin cənazələri Vətənə göndəriləcək.

“Təəssüf ki, bəzi meyitlər tanınmaz haldadır. Lazımi tibbi proseduralardan sonra həmin cənazələr də Azərbaycana göndəriləcək", - deyə Ayxan Süleymanlı qeyd edib.

Baş konsul Azərbaycan Səhiyyə Nazirliyi və Baş Prokurorluğundan ibarət heyətin xəstəxanada olan xəstələrlə maraqlandığını vurğulayıb:

"Eyni zamanda, DNT analizlərinə də ehtiyac olacaq. Tanınmaz vəziyyətdə olanları araşdırmaq üçün müəyyən tibbi fəaliyyətlər həyata keçiriləcək".

Qeyd edək ki, ötən gün Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.

Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər