00:47
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim praqmatik siyasətimizdən narazı olanlar və Rusiyaya qarşı sanksiyaların tətbiqinin tərəfdarları var”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalında yayımlanan “İmedi Live” proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə ticarət əlaqələrinin saxlanmasının tərəfdarıdır.

“Rusiya ilə ticarət əlaqələrindən iqtisadi gəlir əldə edən iş adamları var. Biz sadəcə bu adamlardan soruşmaq istəyirik - Rusiya ilə ticarət edirsinizsə, mallarınızı ixrac edirsinizsə, eyni zamanda bizdən Rusiya ilə qeyri-praqmatik siyasət aparmağı və sanksiyalar tətbiq etməyi necə tələb edirsiniz? Yaxud ikinci sual - Avropa Parlamenti bizdən Rusiyaya qarşı sanksiyaların tətbiqini tələb edəndə kimsə çıxıb tənqidi açıqlama verdi? Onların bu suallara cavabları yoxdur. Bizim isə bütün suallara cavabımız var”, - İ.Kobaxidze söyləyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər