Suriya və bölgəmizin gələcəyində PKK/YPG terror təşkilatına yer yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Özünü yaxşı vəziyyətdə təqdim etməyə çalışan terror təşkilatının yalanlarına inanmamaq lazımdır. PKK/YPG terror təşkilatı ya silahı yerə qoyacaq, ya da yox olacaq. Terror təşkilatının üzvü olan və Suriya vətəndaşı olmayanlar Suriyanı tərk edəcəklər. Suriya vətəndaşı olanlar da silahlarını yerə qoyacaq və onların yeni sistemə inteqrasiya edilib-edilməyəcəyini və necə inteqrasiya olunacağını Suriya rəhbərliyi müəyyənləşdirəcək. Suriyanın yeni rəhbərliyi ilə keçirdiyimiz görüşlərdə terror təşkilatının silahı yerə qoymaqdan başqa çarələrinin olmadıqlarını, bu mövzuda qətiyyətimizin tam və mütləq olduğunu çatdırmışıq. Bu məsələdə Suriyanın yeni administrasiyası ilə həmfikirik.
Suriya və bölgəmizin gələcəyində İŞİD, PKK/YPG və onların uzantıları da daxil olmaqla, heç bir terror təşkilatına yer olmadığını və onlara imkan verməyəcəyimizi bir daha vurğulayırıq”, - açıqlamada qeyd edilir.