"Bu gün bildik ki, Qoşqar Sadıqov həlak olub".
Bu sözləri Teleqraf.com-a açıqlamasında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini Qoşqar Sadıqovun qohumu deyib.
"Qoşqar Sadıqovun 27 yaşı var. Ailədə bir bacı, bir qardaşdırlar. Qoşqarın ali təhsili yox idi. O, Qroznıya əmisinin yanına tikinti işləri ilə məşğul olmağa gedirdi. Qoşqarın adı itkinlərin siyahısında idi. Qaynar xətt ilə əlaqə saxladıq və bu gün vəfat etdiyi barədə məlumat verdilər".