26 Dekabr 21:27
227
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni prezidenti Donald Tramp ən azı 33 dəfə Ukraynadakı münaqişəyə son qoyacağına söz verib.

Teleqraf.com xəbər verir ki, "Axios" nəşri onun bütün vədlərini sayıb.

Hesablamalar 2023-cü ilin yanvarından 2024-cü ilin 6 dekabrına qədər olan dövr üçün aparılıb.

Qeydlərin tezliyinə görə ikinci yeri Trampın qeyri-qanuni miqrantlar üçün sərhədi bağlayacağı vədi (32 dəfə) tutub. Siyasətçinin peyvəndin məcburi olduğu və ABŞ-da irqçiliyin kök saldığını öyrətdiyi məktəblərin maliyyəsini kəsməyə hazır olması ilə bağlı açıqlamaları (26 dəfə) isə üçüncü yeri tutub.

Bundan əlavə, Tramp 25 dəfə “ən böyük deportasiya əməliyyatına” başlayacağını vəd edib.


Müəllif: Arzu

Oxşar xəbərlər