26 Dekabr 13:52
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin gövdəsində qəlpə və ya güllə zədələnməsinə bənzər dəliklər var, bu, hava gəmisinin quş sürüsü ilə toqquşması ilə bağlı rəsmi versiyanı şübhə altına alır.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” qəzeti yazır.

Nəşrə danışan mütəxəssislər deyirlər ki, belə hallarda təyyarələr adətən, hadisə yerindən yüzlərlə kilometr aralıda düşmək əvəzinə təcili eniş edir.

“Conflict Intelligence Team”ın analitiklərinə görə, gövdədəki dəliklər Rusiyanın “Pantsir-S1” raket kompleksinin zərbəsinin nəticəsində ola bilər.

“Hadisə Ukraynanın 50 pilotsuz təyyarəsinin Rusiya ərazisində, o cümlədən cənub bölgələrində hava hücumundan müdafiə sistemlərinin işə salınmasına səbəb ola biləcək hücumlardan qısa müddət sonra baş verib. Tədqiqatçı Oliver Aleksandr qəzaya uğrayan AZAL təyyarəsinin görüntülərini təhlil edərək, şaquli stabilizatorun bir tərəfində giriş, digər tərəfində isə çıxış dəliklərinin olduğunu qeyd edib”, - məqalədə qeyd olunur.

Aleksandr vurğulayır ki, quşlar təyyarənin gövdəsinə bu şəkildə zərər vura bilməzdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər