Ukrayna lideri Vladimir Zelenski ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampla təmasları zamanı onu tələsik addımlar atmağa inandırmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu fikri Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.
“Ukraynaya yardım dayanan zaman Zelenski bitəcək. Ona görə də o, prezident Trampın eqosuna hər cür zərbə vurmağa çalışır. Zelenski üçün istədiyinə nail olmaq çətin olacaq. Çünki Tramp dünyaya realist kimi baxır, faktlara və mövcud vəziyyətə əsaslanaraq addımlar atır", - Makqreqor bildirib.