9 Noyabr 14:38
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çətin ki, NATO-nun daha da genişlənməsinə dəstək versin. Onun bu siyasəti istər-istəməz Alyansa qoşulmağa can atan Ukraynaya təsir edəcək.

Teleqraf.com xəbər verir ki, bu proqnozu TASS-ın müxbiri ilə söhbətində Notr-Dam Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru, siyasi ekspert Maykl Deş verib.

"Trampın NATO qarşısında əvvəlki Amerika prezidentləri kimi öhdəliyi yoxdur. O, Alyansda maliyyənin daha bərabər bölüşdürülməsinə, ABŞ-ın üzərinə düşən bu cür yükün azaldılması naminə yenidən fəallıq göstərəcək. Mən bu və ya digər məsələlərə görə Trampın müttəfiqliyin daha da genişlənməsinə dəstəyini proqnozlaşdırmıram", - deyə ekspert vəziyyəti belə şərh edib.

Xatırladaq ki, cümə axşamı günü Valday Diskussiya Klubunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, NATO Avropanın şərqinə doğru genişləndirməni dayandırmadan öz nizamnamə qaydalarını pozmaqla, dünyanın digər bölgələrinə də yayılmaq istəyir. Bu, sadəcə, açıq anaxronizmdir.


Müəllif: Mahir

Oxşar xəbərlər