2 Dekabr 22:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə polis Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyasını dağıtmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bunun üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilir.

Etirazçılar xüsusi təyinatlılar tərəfə pirotexniki vasitələr və daş parçaları atırlar.

Bundan öncə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Rustaveli prospektindəki etiraz mitinqi dinc aksiya çərçivəsindən çıxıb və buna görə də parlament binası ətrafındakı ərazininin təmizlənməsi üçün zorakı qruplaşmalara qarşı qanunla nəzərdə tutulmuş xüsusi tədbirlər görüləcək.

Hazırda aksiya ərazisində vəziyyət gərgin olaraq qalır. Bir neçə etirazçısının saxlanıldığı bildirilir.


Müəllif: Cəmilə

Oxşar xəbərlər