2 Dekabr 22:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcü həmkarı Maka Boçorişviliyə məktub göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Nazir məktubunda M.Boçorişvilini Gürcüstanın XİN başçısı təyin olunması münasibətilə təbrik edib.

“Əminəm ki, sizin bu vəzifədə olduğunuz müddətdə ölkələrimiz arasında sıx əlaqələr daha da dərinləşəcək. İnanıram ki, strateji tərəfdaşlar olaraq bölgəmizdə sülh, sabitlik və firavanlıq, eləcə də iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyik”, - məktubda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər