Tbilisidə və Gürcüstanın digər şəhərlərində parlament seçkilərinin nəticələrinə qarşı davamlı etirazların 38-ci günü keçirilib.
Teleqraf.com xəbər verir ki, paytaxtda etirazçılar Rustaveli prospektini yenidən bağlayıblar. Onlar təkrar seçkilərlə yanaşı, əvvəlki etiraz aksiyaları zamanı qanunsuz saxlanılanların da azadlığa buraxılmasını tələb ediblər.
Etirazın 38-ci günündə iştirakçılar Kutaisi şəhərinin mərkəzində, Batumidə Konstitusiya Məhkəməsinin qarşısına, Zuqdididə və Tbilisidə parlament binasının qarşısına toplaşıblar.