4 Yanvar 23:12
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Avropa mallarına rüsumları artırsa, Aİ buna cavab tədbirləri tətbiq edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Parlamentində Avropa Xalq Partiyasının (EPP) fraksiyasının rəhbəri Manfred Veber bildirib.

Onun sözlərinə görə, Aİ Trampın Avropa ixracatına 20 faiz tarifləri ilə bağlı ssenarisinə hazır olmalıdır: "Artıq Aİ ABŞ-ın rəqəmsal nəhənglərinə vergilərin artırılmasını nəzərdən keçirir. Biz ABŞ ilə ticarət müharibəsindən qaçmaq istəyirik. Eyni zamanda düşünürük ki, Amerika İT şirkətləri minimum vergi ödəməklə Aİ-də böyük gəlir əldə edirlər. Bu ədalətsizlikdir".

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Avropa İttifaqına üzv ölkələrin Amerikanın enerji resurslarını almayacaqları təqdirdə onlara tariflər tətbiq etmək niyyətində olduğunu açıqlayıb .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər