“Biz bütün lazımi yardımı göstərəcəyik".
Teleqraf.com "İnform.kz"ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Kanat Bozumbayev brifinqdə deyib.
"Qəzada ölən və yaralananların demək olar ki, hamısı əcnəbidir. Əlbəttə, onların burada nə tanışı, nə də dostu var. Biz əlimizdən gələn bütün köməkliyi göstərəcəyik. Artıq Qaynar Xətt yaradılıb. Telefon nömrəsini qeyd edirəm: +7 (702-52) 5-31-01. 24 saat işlək olacaq Qaynar Xəttə zəng edənlər kimin qohumu olduğunu bildirsinlər”, - o, Aktauda keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.