26 Dekabr 13:01
258
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanda hazırda baş verən proseslər xaricdən idarə olunur”.

Teleqraf.com xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan parlamentinin qarşısında olan xarici siyasətçilər birbaşa olraq Salome Zurabişvili və radikal müxalifəti “Maydan” ssenarisinə keçməyə çağırırdılar:

"Lakin onlar bir faktı - gürcü cəmiyyətini və onun ölkəyə, həmçinin Gürcüstanda qeyri-sabitlik yaratmağa cəhd edənlərə qarşı münasibətini nəzərə almadılar. Buna görə də bizim daxili və xarici düşmənlərimiz gürcü cəmiyyəti qarşısında hər dəfə məğlub olublar, bu dəfə də belə olacaq”.

Spiker qeyd edib ki, S.Zurabişvili və radikal müxalifət danışır, Gürcüstanın karvanı isə irəli gedir.

Ş.Papuaşvili prezidentin parlamenti mümkün buraxa bilməsi fikirlərinə də münasibət bildirib. O, bu cür fikirləri cəfəng adlandırıb.

“O, Tbilisidə dünya çempionatını da eyni müvəffəqiyyətlə təyin edə bilər. Bununla bağlı istənilən sənəd heç bir hüquqi qüvvəyə malik olmayacaq”.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər