27 Dekabr 20:22
219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin yanvar ayından Aİ-yə sədrlik edəcək Polşa və Avropa Komissiyası Rusiyaya qarşı yeni genişləndirilmiş sanksiyalar planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, yeni sanksiyalar mayeləşdirilmiş təbii qaz (LNG) və nüvə sənayesi barədə olacaq.

Materialda bildirilir ki, Polşanın baş naziri Donald Tusk uzun müddətdir ki, Rusiyaya qarşı daha sərt sanksiyaların tərəfdarıdır. Polşanın Avropa Şurasına sədrliyi ərəfəsində Tusk açıq şəkildə bildirdi ki, o, Rusiya qazının Aİ-yə idxalında maneələri gücləndirmək, diqqəti nüvə texnologiyası və yanacaq təchizatı zəncirlərinə yönəltmək niyyətindədir. Nəşr göstərir ki, bu hallar Rusiyaya qarşı daha ​​sərt tədbirlərə qapı aça bilər.

Bundan əlavə, məqalədə qeyd olunur ki, Avropanın enerji komissarı Dan Yorgensen 2025-ci ilin birinci rübündə Rusiya LNG-nin mərhələli şəkildə dayandırılması üçün yol xəritəsi təqdim etmək niyyətindədir.


Müəllif: Arzu

Oxşar xəbərlər