“Biz Gürcüstanın ümumi demokratik dəyərlərimizə sadiqliyinə yenidən baxılması təşəbbüsünü irəli sürdük. Bu, tərəfdaşlığımızın daha da inkişafına töhfə verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu NATO Parlament Assambleyasının prezidenti Markos Perestrello deyib.
Onun sözlərinə görə, bir neçə həftə ərzində gürcü xalqı demokratik və avropalı Gürcüstana sarsılmaz sadiqliyini nümayiş etdirdi.
“Gürcüstanın siyasi liderləri nəhayət səbəb olduqları demokratik tənəzzülə son qoymalıdırlar. Bizim assambleya Gürcüstanın demokratik, Avropa və avroatlantik səylərini davamlı olaraq dəstəkləyir. Biz bunu davam etdiririk. Məhz buna görə Gürcüstanın bizim ümumi demokratik dəyərlərimizə sadiqliyinin yenidən nəzərdən keçirilməsi təşəbbüsünü irəli sürmək qərarına gəldik”, - M.Perestrello söyləyib.
O qeyd edib ki, Gürcüstanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadzeyə ünvanladığı məktubda onu Gürcüstanı təcili olaraq demokratik yola qaytarmaq üçün öz təsirindən istifadə etməyə çağırıb.