31 Dekabr 2024 01:24
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada hakimiyyət dəyişikliyindən sonra 35 mindən çox suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "NTV" telekanalına müsahibəsində bildirib.

“Dekabrın 8-dən dekabrın 29-dək Türkiyədən Suriyaya 35 114 qaçqın qayıdıb. Əsasən Hələbə gündə təxminən 1,7 min insan qayıdıb”, - deyə o bildirib.

O, həmçinin Türkiyənin Dəməşqdəki səfirliyində qaçqınlarla iş üzrə nümayəndəliyin açılmasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə təxminən 2,9 milyon suriyalı qaçqın var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər