4 Yanvar 18:29
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya xarici işlər naziri Annalena Berbok Suriyanın yeni administrasiyasını qadınlarla salamlaşarkən onların əllərini sıxmağa çağırıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, alman nazir Suriya rəsmiləri tərəfindən əlinin sıxılmamasına münasibət bildirib.

"Suriyaya düşən kimi mənə aydın oldu ki, adi əl sıxışmaları burada baş verməyəcək", deyə Berbok bildirib.

Qeyd edək ki, ötən gün Suriyanın yeni administrasiyasının nümayəndələri ölkəyə gözlənilməz səfərlə gələn Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin əlini sıxmaqdan imtina ediblər .
Görüntülərdə Berbokun hökumət təyyarəsindən ilk enərək Suriyanın yeni administrasiyasının nümayəndə heyətinə tərəf getdiyi görünür. Suriyalı siyasətçilər də öz növbəsində əllərini ürəklərinə qoyub, nazirin əlini sıxmaq niyyətində olmadıqlarını açıq şəkildə ifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər