4 Yanvar 19:38
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Avropa ölkələri müvafiq siyasi iradə nümayiş etdirsə, Türkiyə Trans-Balkan qaz kəməri ilə Qərbə ildə 10 milyard kubmetrə qədər qaz tədarük etməyə hazırdır.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

“Avropa öz öhdəliklərinə siyasi iradə və sadiqlik nümayiş etdirsə, interkonnektorlara sərmayə qoysa, biz hər il Mərkəzi və Şərqi Avropaya 10 milyard kubmetrə qədər qaz ixrac edə bilərik”, - deyə nazir "TRT Haber" telekanalında bildirib .

Qeyd edək ki, yanvarın 1-də Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti başa çatıb. Müqavilə ildə 40 milyard kubmetr qazın nəqlini nəzərdə tuturdu. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı yeni müqavilə olmayacaq. Kiyev də Rusiya qazının nəqlini dayandırmaq niyyətini açıqlayıb.


Müəllif: Teleqraf.com