4 Yanvar 10:20
3 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqonun rəhbəri Lloyd Ostin öz köməkçilərini Ukrayna ilə bağlı “vida söhbəti” üçün Birləşmiş Ştatların Müdafiə Nazirliyinin yeməkxanasına toplamaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat əldə edib.

Nəşr Ostinin çıxış edəcəyi mətndən bir hissə də əldə edə bilib.

Belə ki, o, "vida söhbəti" zamanı Rusiya - Ukrayna müharibəsinin davam etməsini ABŞ-nin xeyrinə olacağını, Ukraynanın məğlubiyyətinin isə rəsmi Vaşinqtonun marağında olmadığını deyəcək.

Xatırladaq ki, Birləşmiş Ştatlarda Tramp Adminstrasiyası yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayacaq.


Müəllif: Teleqraf.com