4 Yanvar 20:05
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kamerunun cənub-qərbində Fulani silahlı qrupunun hücumu nəticəsində azı beş əsgəri həlak olub, daha üç əsgər isə itkin düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Alwihda" xəbər portalı məlumat yayıb .

Fulani dəstəsi Akvaya şəhəri yaxınlığındakı ordu postuna hücum edib. Onların hərbçilərə hücumunun səbəbi hələlik müəyyən edilməyib.

Fermerlərlə köçəri fulanilər arasında tez-tez su və otlaqlar üstündə mübahisələr olur. Bəzən mübahisələr silahlı toqquşmalara çevrilir. Kamerun hakimiyyəti silahlı qarşıdurmaların qarşısını almaq üçün bölgələrə ordu hissələri göndərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər