4 Yanvar 12:15
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Baydenin səlahiyyət müddəti başa çatmaqda olan administrasiyası Atlantik və Sakit okean sahillərində, eləcə də Meksika körfəzinin şərqində yeni neft və qaz yataqlarının işlənməsini qadağan etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, yeni məhdudiyyətlər yanvarın 6-da elan edilə bilər. Onların 625 milyon akr (2,5 milyon kv.km) ərazini əhatə edəcəyi ehtimal olunur.

Nəşr hesab edir ki, bu tədbir ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın ölkədə neft və qaz hasilatını artırmaq işini çətinləşdirə bilər.


Müəllif: Teleqraf.com