4 Yanvar 15:56
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen səhhəti ilə əlaqədar bütün görüşlərini ləğv edib.

Teleqraf.com xəbər verir ki, o, pnevmaniyaya yoluxduğu üçün yanvarın ilk iki həftəsi ərzində görüşlərini ləğv etməli olub.

Ləğv edilən tədbirlər arasında Polşanın Avropa Şurasında sədrliyə başlaması ilə əlaqədar Qdanska planlaşdırılan səfər də var.

Onun öz vəzifələrini Hannoverdən icra etdiyi, səhhəti yaxşılaşdıqda yanvarın ortalarından etibarən Brüsseldəki ofisində fəaliyyətini davam etdirəcəyi deyilir.

Altmış altı yaşlı Ursula Fon der Lyayen 2019-cu il dekabrın 1-dən Avropa Komissiyasının Prezidentidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər