Yaxın gələcəkdə Ukraynanın artıq Rusiyanın tərkibinə daxil olmuş ərazilərini geri qaytaracağı ehtimalı yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "New York Times" qəzetinə müsahibəsində bildirib .
Dövlət katibinin sözlərinə görə, Kiyev itirdiyi əraziyə həmişə iddia edəcək: "Məsələ ondan ibarətdir ki, Ukrayna tərəfi başqalarının dəstəyi ilə onu geri qaytarmağın bir yolunu tapacaqmı?" - deyə o qeyd edib.
Dekabrda ABŞ-ın yeni prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişəyə son qoymaq üçün saziş bağlamağa hazırlaşmalıdır. Ağ Evin gələcək rəhbəri vurğulayıb ki, o, Ukraynadakı münaqişəyə son qoyulmasına nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.