Nyu-York Məhkəməsi yanvarın 10-da yeni prezident Donald Trampa hökm oxuyacaq.
Teleqraf.com xəbər verir ki, hakim Xuan Merçan Donald Trampa 47-ci prezident kimi andiçmə mərasimindən on gün əvvəl hökm oxunacağını açıqlayıb.
Hakim əlavə edib ki, Tramp məhkəməyə şəxsən gələ və ya virtual olaraq qoşula bilər. Bildirilib ki, hökmə əsasən o, Trampın həbs olunmasına göstəriş verməyəcək.
Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib