Amerikanın yeni prezidenti Donald Trampın rəhbərliyi altında Qrenlandiyanın ABŞ-a hipotetik birləşdirilməsi NATO üçün fəlakətli nəticələrə səbəb olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Hill" qəzetindəki məqalədə qeyd olunub.
“NATO üzvü Danimarkanın ərazisi hesab olunan Qrenlandiyanın işğalı NATO-nun sonu demək olardı. NATO üzv ölkələri arasında işğalçılqı siyasəti alyansın sonunu gətirəcək”, – qəzet yazır.
Məqalədə yaxın tarixdə Danimarkanın suverenliyini pozan yeganə ölkənin Hitler Almaniyası olduğu bildirilir. “Amerika Hitler Almaniyasının addımını atmamalıdır. Tramp administrasiyasının belə bir addımı Çinə Tayvanın işğalı üçün bəraət qazandıra bilər", qəzet yazır.
Trampın 2019-cu ildə - ilk prezidentliyi dövründə Amerika mediası onun Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik Qrenlandiyanı əldə etmək niyyətində olduğunu yazıb. Bundan sonra krallığın səlahiyyətliləri bu fikri absurd adlandıraraq Qrenlandiyanın satışını müzakirə etməkdən imtina etdilər.
2024-cü ilin dekabrında Tramp bildirib ki, Vaşinqton Qrenlandiyaya nəzarət etməlidir. Birləşmiş Ştatlar hesab edir ki, Qrenlandiyanın “sahibliyi və nəzarəti” tamamilə zəruridir. Buna cavab olaraq adanın baş naziri Mute Egede vurğuladı: "Biz satılmamışıq və heç vaxt satılmayacağıq."