4 Yanvar 19:56
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin HƏMAS hərəkatı öz Telegram kanalında israilli girovun videosunu yayımlayıb.

Teleqraf.com xəbər verir ki, videoda əsirlərin taleyinin İsrail ordusunun Qəzza zolağını tərk edib-etməməsindən asılı olduğu bildirilir.

Özünü 19 yaşlı Liri Albaq kimi təqdim edən qız deyir: "Həyatda qalıb-qalmamağımız birbaşa ordunun girovların saxlanıldığı ərazilərdən çəkilib-çəkilməməsindən asılı olacaq. Mənimlə birlikdə girov götürülənlərdən biri İsrail ordusunun hücumu nəticəsində ağır yaralanıb. Hərbçilər girovların saxlandığı yerləri bombalayırlar. İsrail əsgərləri hərbi əməliyyatlarla girovları sağ-salamat azad edə bilməyəcəklər".

Videonun harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur, lakin girov 450 gündən çox Qəzzada olduğunu bildirib.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 250-yə yaxın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər